I Divizionda mövsümə yekun vuruldu

I Divizionda mövsümə yekun vuruldu Qarşılaşma "ağ-qaralar"ın 4:0 hesablı qələbəsi ilə bitib
Futbol
259
17 May , 2021 18:28
I Divizionda mövsümə yekun vuruldu

Futbol üzrə Azərbaycan I Divizionunda 2020/2021 mövsümünə yekun vurulub.

"Report"un məlumatına görə, sonuncu - XXVII turda çempionluğu təmin edən "Neftçi - 2" gümüş mükafatçı "Zaqatala" ilə üz-üzə gəlib.

Qarşılaşma "ağ-qaralar"ın 4:0 hesablı qələbəsi ilə bitib. Paytaxt təmsilçisi mövsümü 64 xalla başa vurub, "Zaqatala" isə 56 xalda qalıb.

Günün digər oyunlarında "Kəpəz" "Sabah-2"ni, "Qaradağ Lökbatan" isə "Qarabağ-2"ni 1:0 hesabı ilə üstələyib.

Ötən tur bürünc medalı təmin etmiş "Turan Tovuz" MOİK-i 3:1 hesabı ilə yenibsə, "Keşlə-2" - "Sumqayıt-2" oyununda qalib müəyyənləşməyib - 1:1.

Qeyd edək ki, "Turan-Tovuz"un heyətində Vidadi Cəfərov 18 qolla mövsümün bombardiri olub.

Son xəbərlər

Orphus sistemi