İbrahimoviç "Milan"ın məşqində zədələndi

İbrahimoviç "Milan"ın məşqində zədələndi İtaliyanın Milan klubunun futbolçusu Zlatan İbrahimoviç məşqdə zədələnib.
Futbol
25 May , 2020 17:42
İbrahimoviç Milanın məşqində zədələndi

İtaliyanın "Milan" klubunun futbolçusu Zlatan İbrahimoviç məşqdə zədələnib. 

"Report"un məlumatına görə, 38 yaşlı hücumçu hazırlıq prosesinin sonlarında təkan vurduğu vaxt topuğunda ağrı hiss edib. Nəticədə o, dərhal meydanı tərk edib. 

İbrahimoviç bazadan sərbəst ayrılsa da, uzun müddətə sıradan çıxa bilər. Onun ilin əvvəlində aldığı zədəni yenilədiyi şübhələri var. Həmin xəsarət üzündən isveçli forvard bir neçə həftəni buraxmalı olmuşdu. 

İndi isə təcrübəli qolçunun axill vətərinə zərər yetirdiyi güman olunur. Dəqiq diaqnoz tibbi müayinədən sonra müəyyənləşəcək. 

Qeyd edək ki, Zlatan İbrahimoviç yanvarda "Milan"la sonradan 1 il uzadıla bilməsi şərti ilə 6 aylıq müqavilə bağlayıb.  

Son xəbərlər

Orphus sistemi