Hücumçu Azərbaycan millisi ilə görüşdə 100-cü matçına çıxa bilər

Hücumçu Azərbaycan millisi ilə görüşdə 100-cü matçına çıxa bilər Lüksemburq yığmasının futbolçusu Daniel da Mota Azərbaycan millisiilə görüşdə komandanın heyətində 100-cü matçına çıxa bilər.
Futbol
13 İyul , 2020 09:18
Hücumçu Azərbaycan millisi ilə görüşdə 100-cü matçına çıxa bilər
Daniel da Mota

Lüksemburq yığmasının futbolçusu Daniel da Mota Azərbaycan millisi ilə görüşdə komandanın heyətində 100-cü matçına çıxa bilər. 

"Report"un məlumatına görə, FIFA-nın rəsmi saytına açıqlama verən 35 yaşlı hücumçu Millətlər Liqasının oyunları üçün dəvət gözlədiyini söyləyib.

Ölkəsinin "Rasinq" klubunda çıxış edən forvard yığma komandada Mario Mutşa məxsus 102 oyunluq rekordu qırmaq niyyətində olduğunu bildirib. "Millətlər Liqasında Azərbaycan və Monteneqro ilə görüş üçün baş məşqçi mənə dəvət göndərsə, qəbul edəcəyəm". 

Qeyd edək ki, Azərbaycan millisi Millətlər Liqasının C Liqasının 1-ci qrupunda ilk oyununu Bakıda Lüksemburqa qarşı keçirəcək. Qrupda Monteneqro və Kipr komandaları da var. 

Son xəbərlər

Orphus sistemi