Honda "Qəbələ" ilə oyundakı hərəkətindən danışdı

Honda "Qəbələ" ilə oyundakı hərəkətindən danışdı "Azərbaycanda VAR sisteminin olmadığını bilmirdim"
Futbol
5 May , 2021 15:22
Honda Qəbələ ilə oyundakı hərəkətindən danışdı

"Azərbaycanda VAR sisteminin olmadığını bilmirdim. İstəyirdim ki, referi təkrara baxsın".

"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin futbolçusu Keysuke Honda "Neftçi TV"də yayımlanan "Həmsöhbət" verilişində Azərbaycan Premyer Liqasının XXII turunun "Qəbələ" ilə səfər oyununda etdiyi hərəkət barədə danışarkən deyib.

Yaponiyalı yarımmüdafiəçi bildirib ki, Premyer Liqaya VAR lazımdır: "Bu, daha yaxşıdır. Çünki hakimlər çox səhv edir. Düzdür, onlar da insandır, səhv edə bilər. Amma sonradan səhvlərini düzəltmələri daha yaxşı olardı. Bu sistem hakimlərə öz üzərində işləməyə imkan verir".

Qeyd edək ki, "Qəbələ" - "Neftçi" oyunu 2:2 hesabı ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi