Hollandiya son dəqiqələrdə Almaniyaya məğlubiyyətdən qurtularaq mərhələ adlayıb

Hollandiya son dəqiqələrdə Almaniyaya məğlubiyyətdən qurtularaq mərhələ adlayıb Bakı. 20 noyabr. REPORT.AZ/ UEFA Millətlər Liqasında VI turun növbəti oyunları keçirilib.
Futbol
20 Noyabr , 2018 03:05
Hollandiya son dəqiqələrdə Almaniyaya məğlubiyyətdən qurtularaq mərhələ adlayıb

Bakı. 20 noyabr. REPORT.AZ/ UEFA Millətlər Liqasında VI turun növbəti oyunları keçirilib.

"Report" xəbər verir ki, ikinci oyun günündə 4 liqada ümumilikdə 9 görüş baş tutub. Qarşılaşmaların yekununda növbəti mərhələyə yüksələn daha 3 komanda müəyyənləşib.

A Liqasının 1-ci qrupunda Almaniya doğma meydanda Hollandiya ilə üz-üzə gəlib. Bundestim görüşün əvvəllərində iki qolla öndə olsa da, sonlara doğru qapısından eyni sayda top buraxaraq, qələbəni əldən verib. Bu heç-heçə sayəsində Hollandiya qrup qalibinə çevrilib və pley-offa yüksəlib. Almaniya isə hələ ötən tur sonuncu yerin sahibi kimi B Liqasına enib.

C Liqasının 3-cü qrupunda Bolqarıstan Sloveniya ilə heç-heçə edib - 1:1. Qolu "Xəzər Lənkəran"ın sabiq futbolçusu Qalin İvanov vurub. "Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçev sonadək meydanda olub və 90+4-cü dəqiqədə sarı vərəqə alıb.

Əvəzində Norveç səfərdə Kipr üzərində qələbə sayəsində 3-cü qrupun qalibi olub və B Liqasına yüksəlib.

D Liqasının 4-cü qrupuna gəldikdə, Makedoniya evdə Cəbəllütariqi darmadağın edib. Nəticədə Ermənistanın Lixtenşteynlə səfər matçı formallaşıb.

Qeyd edək ki, B Liqasının 1-ci və 4-cü qruplarında, D Liqasının isə 1-ci qrupunda növbəti mərhələyə yüksələn komandalar daha əvvəldən bəlli idi.

UEFA Millətlər Liqası, VI tur

19 noyabr

A Liqası

1-ci qrup

23:45. Almaniya – Hollandiya - 2:2

Qollar: Timo Verner, 9. Leroy Sane, 20 - Kvinsi Promes, 85. Vircil van Deyk, 90+1

Xal durumu: Hollandiya - 7 xal (4 oyuna), Fransa - 7 (4), Almaniya - 2 (4)

B Liqası

1-ci qrup

23:45. Çexiya – Slovakiya - 1:0

Qol: Patrik Şik, 32

Xal durumu: Ukrayna - 9 xal (4 oyuna), Çexiya - 6 (4), Slovakiya - 3 (4)

4-cü qrup

23:45 Danimarka – İrlandiya - 0:0

Xal durumu: Danimarka - 8 xal (4 oyuna), Uels - 6 (4), İrlandiya - 2 (4)

C Liqası

3-cü qrup

23:45. Bolqarıstan – Sloveniya - 1:1

Qollar: Qalin İvanov, 68 - Miha Zayts, 75

23:45. Kipr – Norveç - 0:2

Qollar: Ola Kamara, 36; 78

Xal durumu: Norveç - 13 xal (6 oyuna), Bolqarıstan - 11 (6), Kipr - 5 (6), Sloveniya - 3 (6)

D Liqası

1-ci qrup

21:00. Andorra – Latviya - 0:0

21:00. Gürcüstan – Qazaxıstan - 2:1

Qollar: Georgi Merabaşvili, 59. Georgi Çakvetadze, 84 - Oralxan Omirtayev, 90

Xal durumu: Gürcüstan - 16 xal (6 oyuna), Qazaxıstan - 6 (6), Latviya - 4 (6), Andorra - 4 (6)

4-cü qrup

23:45. Makedoniya - Cəbəllütariq - 4:0

Qollar: Enis Bardi, 27. İliya Nesterovski, 67; 80. Aleksandr Traykovski, 90+2

23:45. Lixtenşteyn - Ermənistan - 2:2

Qollar: Marsel Büxel, 44. Nikolas Hasler, 47 - Sargis Adamyan, 9. Aleksandr Karapetyan, 85

Xal durumu: Makedoniya - 15 xal (6 oyuna), Ermənistan - 10 (6), Cəbəllütariq - 6 (6), Lixtenşteyn - 4 (6)

Son xəbərlər

Orphus sistemi