Bakı. 31 yanvar. REPORT.AZ/ Hollandiyanın "Qo Ahed İqls" klubu Azərbaycan millisinin və Türkiyə "Trabzonspor"unun futbolçusu Ramil Şeydayevlə maraqlandıqlarına dair iddialara münasibət bildirib. "Report"un məlumatına görə, komandanın texniki direktoru Dennis Bekking AD nəşrinə açıqlamasında iddiaları rədd edib.
O, 20 yaşlı hücumçu ilə bağlı heç bir danışıq aparmadıqlarını deyib.
Qeyd edək ki, Türkiyə mətbuatı "Trabzonspor"un Ramil Şeydayevi Hollandiya klubuna icarəyə verəcəyini yazıb.