Heydər Əliyev Mərkəzinin parkında uşaqlar arasında futbol turniri olub

Heydər Əliyev Mərkəzinin parkında uşaqlar arasında futbol turniri olub Oyunlar zamanı fərqlənən 6 iştirakçıya "Leon" futbol klubuna 1 aylıq üzvlük kartı hədiyyə olunub
Futbol
3 İyul , 2017 11:40
Heydər Əliyev Mərkəzinin parkında uşaqlar arasında futbol turniri olub

Bakı. 3 iyul. REPORT.AZ/ Heydər Əliyev Mərkəzinin parkında uşaqlar arasında futbol turniri keçirilib. Mərkəzdən "Report"a verilən məlumata görə, turnirdə əvvəlcədən qeydiyyatdan keçməklə 110 nəfər iştirak edib.

İştirakçılar əvvəlcə məşq edib, onlara oyunun təməl bilikləri- topla davranış, kiçik pas texnikası və s. tövsiyələr verilib.

Futbol həvəskarları 3 yaş qrupu üzrə (5-7 yaş, 8-10 yaş, 11-14 yaş) komandalara bölünüb və 22 komanda arasında yarış olub.

Yarışa "Leon" uşaq futbol klubunun UEFA "B" lisenziyalı məşqçiləri nəzarət edib. 

Oyunlar zamanı fərqlənən 6 iştirakçıya "Leon" futbol klubuna 1 aylıq üzvlük kartı hədiyyə olunub. 

Son xəbərlər

Orphus sistemi