"Hesabat dövrü beynəlxalq tədbirlərin təşkili baxımından əlamətdar olub. Mötəbər yarışlara dəstək olduğu üçün Prezident
"Report"un məlumatına görə, bunu AFFA-nın prezidenti
R.Abdullayev Şamaxıda yeni stadionun tikiləcəyini də bildirib. Onun sözlərinə görə, artıq layihə də hazırdır və işlərə bu il başlanılacaq. Eyni zamanda Gəncədə idman kompleksi nəzərdə tutulur və hazırda Sumqayıt şəhər stadionu yenidən qurulub.
Azərbaycan millisinin UEFA Millətlər Liqasında qrupdan çıxa bilmədiyini söyləyərək, "Ən zəiflər qrupundan çıxa bilmədik. Bu, AVRO-2020-yə yüksəlmək baxımından yaxşı şans idi. Seçmə mərhələdə qrupda 1 xalla sonuncu olduq. Klublarımız isə avrokuboklarda yaxşı çıxış etdilər. "Qarabağ" ardıcıl 6 dəfə qrupa düşdü".
AFFA prezidenti hakimlərin peşəkar səviyyəyə çatdırıldığını və artıq digər ölkələrin çempionatlarının oyunlarını belə idarə etməyə başladıqlarını xatırladıb.
R.Abdullayev AVRO-2020-də Azərbaycanı 4 oyunu keçirmək baxımından böyük məsuliyyətli işin gözlədiyini və bunun da öhdəsindən layiqincə gələcəyinə əminlik ifadə edib.