"Herta"nın futbolçusu azarkeşlər üçün 2023 ədəd dönər sifariş edib

"Herta"nın futbolçusu azarkeşlər üçün 2023 ədəd dönər sifariş edib Qana millisinin sabiq futbolçusu Kevin-Prins Boatenq Almaniya "Herta"sı ilə müqaviləsini uzatması münasibətilə qeyri-adi addım atıb.
Futbol
25 İyun , 2022 14:01
Hertanın futbolçusu azarkeşlər üçün 2023 ədəd dönər sifariş edib

Qana millisinin sabiq futbolçusu Kevin-Prins Boatenq Almaniya "Herta"sı ilə müqaviləsini uzatması münasibətilə qeyri-adi addım atıb.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, 35 yaşlı yarımmüdafiəçi Berlin komandasının azarkeşləri üçün 2023 ədəd dönər kababı sifariş edib.

Kabablar "Herta"nın yeni mövsümdəki ilk oyunundan bir gün əvvəl paylanacaq. Paytaxt təmsilçisi iyulun 31-də "Ayntraxt"la qarşılaşacaq.

Qeyd edək ki, Kevin-Prins Boatenq "Herta" ilə 30 iyun 2023-cü ilədək müqavilə bağlayıb. Boatenq ötən mövsüm 20 oyuna çıxsa da, məhsuldarlığı ilə fərqlənə bilməyib.

Son xəbərlər

Orphus sistemi