Henninq Berq: "Qarabağ"la rəqabət aparmaq inkişafımız üçün önəmlidir"

Henninq Berq: "Qarabağ"la rəqabət aparmaq inkişafımız üçün önəmlidir" "Qrupda yer almaq almaq maddi qazanc üçün şansdır. "Qarabağ", "Bazel" (İsveçrə) və "Kayrat" (Qazaxıstan) kimi komandalarla rəqabət aparmaq inkişafımız üçün çox önəmlidir".
Futbol
16 Sentyabr , 2021 10:18
Henninq Berq: Qarabağla rəqabət aparmaq inkişafımız üçün önəmlidir

"Qrupda yer almaq almaq maddi qazanc üçün şansdır. "Qarabağ", "Bazel" (İsveçrə) və "Kayrat" (Qazaxıstan) kimi komandalarla rəqabət aparmaq inkişafımız üçün çox önəmlidir".

"Report"un məlumatına görə, bu fikirləri Kiprin "Omoniya" klubunn baş məşqçisi Henninq Berq Qazaxıstanda "Kayrat"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin I tur oyunundan əvvəl mətbuat konfransında deyib.

Norveçli mütəxəssis Kipr çempionatının səviyyəsinin yaxşı olduğunu bildirib. 52 yaşlı baş məşqçi avrokuboklarda güclü klublarla qarşılaşmağın onlara xeyir verəcəyini sözlərinə əlavə edib.

Qeyd edək ki, bu gün keçiriləcək "Kayrat" - "Omoniya" matçı Bakı vaxtı ilə saat 18:30-da başlayacaq. H qrupunun digər oyununda "Qarabağ" "Bazel"i qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi