Henninq Berq: "Qarabağ"ın gücünə bələd idik"

Henninq Berq: "Qarabağ"ın gücünə bələd idik" "Yaxşı oyun alındı. Rəqibin gücünə bələd idik. Onlar qələbə qazanmaq istəyirdik. Oyunu müdafiədən qurduq və bunu bacardı. Komandamın oyun ruhundan çox razıyam
Futbol
610
26 Noyabr , 2021 00:06
Henninq Berq: Qarabağın gücünə bələd idik

"Yaxşı oyun alındı. Rəqibin gücünə bələd idik. Onlar qələbə qazanmaq istəyirdi. Oyunu müdafiədən qurduq və bunu bacardıq. Komandamın oyun ruhundan çox razıyam".

"Report"un məlumatına görə, bu fikirləri Kiprin "Omoniya" komandasının baş məşqçisi Henninq Berq Bakıda "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur oyunundan sonra mətbuat konfransında deyib.

52 yaşlı norveçli mütəxəssis ikinci qollarının baxımlı alındığını bildirib: "Bu cür qolları tez-tez görmürük. Qapıçının irəli çıxması belə qola gətirib çıxarır. Oyunun nəticəsini ədalətli sayıram. İki real qol epizodumuz da var idi. Qalib gələ də bilərdik. Yekunda biz bir xalla geri dönürük. "Qarabağ"ın çox yaxşı komanda olduğunu deyə bilərəm".

Norveçli baş məşqçi hakim idarəçili barədə də danışıb. "Hakimlər haqqında danışmaq istəmirəm. Onlar barədə fikir söyləmək mənim işim deyil. Ümumiyyətlə hakimlərin işini normal qiymətləndirirəm. Sadəcə, oyunçumuza ikinci sarı vərəqəsinin nəyə görə verildiyini bilmirəm".

O, həmçinin "Qarabağ"ı İsveçrənin "Bazel" klubu ilə də müqayisə edib: "Hər iki komanda ilə səfərdə heç-heçə etmişik. İsveçrədə qələbə də qazana bilərdik. "Qarabağ"a qarşı evdəki matçda ikinci qolu buraxdıqdan sonra oyundan düşdük. "Qarabağ" və "Bazel"i bərabər səviyyəli komandalar sayıram".

Son xəbərlər

Orphus sistemi