Braziliyalı futbolçu: "Həm "Ştutqart", həm də "Qarabağ"la danışıqlar aparılacaq"

Braziliyalı futbolçu: "Həm "Ştutqart", həm də "Qarabağ"la danışıqlar aparılacaq" Meydana çıxdığım üçün özümü xoşbəxt hiss edirəm. Belə yoxlama görüşləri çempionatın bərpasından əvvəl çox önəmlidir.
Futbol
10 İyun , 2020 15:31
Braziliyalı futbolçu: Həm Ştutqart, həm də Qarabağla danışıqlar aparılacaq

"Meydana çıxdığım üçün özümü xoşbəxt hiss edirəm. Belə yoxlama görüşləri çempionatın bərpasından əvvəl çox önəmlidir".

"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın futbolçusu Ailton Silva yoxlama matçında "Sabah"a 5:0 hesabı ilə qalib gəldikləri oyundan sonra "CBC Sport"a açıqlamasında deyib. 

 25 yaşlı braziliyalı cinah oyunçusu karantin dönəmində evinin qarajında məşq etdiyini söyləyib. O, həmin vaxt fərdi məşqçi ilə müqavilə imzaladığını bildirib: "Onun proqramına əsasən, məşqlər edirdim. Komanda olaraq məşqçilər və həkimlərimizin təlimatlarını maksimum yerinə yetirməyə çalışdıq".

Müqavilə ilə Almaniyanın "Ştutqart" klubuna məxsus olan müdafiəçi Ağdam təmsilçisindəki taleyindən də danışıb: "İyunun 30-da müqaviləm başa çatır. Həmin vaxta qədər agentim həm "Ştutqart"la, həm də "Qarabağ"la danışıqlar aparacaq".

Qeyd edək ki, Ailton Silva Almaniya "Ştutqart"ından ötən yay 1 illik icarəyə götürülüb. Onun "Ştutqart"la sözləşməsi isə 2021-ci ilin yayınadək qüvvədədir.

Son xəbərlər

Orphus sistemi