Harri Keyn və Son Xın Min İngiltərə Premyer Liqasında rekorda imza atdılar
- 08 mart, 2021
- 01:37
Londonun "Tottenhem Hotspur Stedium" stadionunda "Tottenhem Hotspur" və “Kristal Pelas” komandaları arasında İngiltərə Premyer Liqasının XVII turunun son matçı keçirilib.
“Report” xəbər verir ki, görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
“Opta Sport”un xəbərinə görə, "Tottenhem"in hücumçusu Harri Keyn və Son Xın Min bu oyun da daxil olmaqla, İngiltərə Premyer Liqasının matçlarında bir-birinə 14 dəfə ötürmə ediblər. Onlar bu göstərici ilə "Blekbern Rovers"in hücumçuları Alan Şirera və Kris Sattonun 1994/1995-ci illər mövsümündəki (13 ötürmə) rekordunu üstələyiblər.
Joze Mourinyonun yetirmələri 27 matçda 45 xal yığıblar və İngiltərə Premyer Liqasının 2020/2021 mövsümünün yarış cədvəlində 6-cı yeri tuturlar. "Kristal Pelas" 34 xalla 13-cü yerdə qərarlaşıb.
14 - Harry Kane and Son Heung-Min have now assisted one another for 14 Premier League goals this season, breaking Alan Shearer and Chris Sutton's all-time record of 13 set in 1994-95 for Blackburn. Telepathy. pic.twitter.com/rewuUwCxPG
— OptaJoe (@OptaJoe) March 7, 2021