Harri Keyn Avropa çempionatının pley-off mərhələlərində vurduğu qolların sayına görə liderə çatıb
Futbol
- 01 iyul, 2024
- 06:30
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa çempionatının 1/8 finalının Slovakiya ilə matçında fərqlənən İngiltərə millisinin hücumçusu Harri Keyn pley-off mərhələlərində beşinci qolunu vurub.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, görüşün əlavə vaxtında komandasının qələbə qolunu vuran 30 yaşlı futbolçu bu göstəricidə lider olan Fransa millisinin hücumçusu Antuan Qrizmanna çatıb.
İkinci yeri Nunu Qomeş, Gerd Müller, Diter Müller və Draqan Caiç bölüşürlər.
Qeyd edək ki, İngiltərə - Slovakiya matçı birincilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İngiltərənin qələbə qolunu 91-ci dəqiqədə H.Keyn vurub.
Son xəbərlər
22:09
İstanbul Fond Birjasının rəhbəri saxlanılıb
Region
22:02
Vuçiçin Serbiya Tərəqqi Partiyasının sədri namizədliyini təklif edilib
Digər ölkələr
21:45
"TikTok" montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı
Region
21:40
SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb
Region
21:26
Ankara Vaşinqtona Qara dəniz vasitəsilə taxıl tədarükünün təmin olunmasına dair təkliflər təqdim edib
Digər ölkələr
21:23
Zelenski Ukrayna üzrə danışıqların Türkiyədə keçirilməsini təklif edib
Digər ölkələr
21:13
Cüdo üzrə Asiya Kuboku: Azərbaycan millisinin bütün təmsilçiləri mükafatçılar sırasında yer alıblar
Fərdi
21:07
Rubio: Tramp İran məsələsinin imkan daxilində diplomatiya ilə həllinə üstünlük verir
Digər ölkələr
20:42
Azərbaycan Cüdo Federasiyası adaptiv cüdo kursunun praktiki məşğələsini keçirib
Fərdi