Hakimlər üçün danışılmış oyunlarla bağlı seminar keçirildi

Hakimlər üçün danışılmış oyunlarla bağlı seminar keçirildi Futbol üzrə Azərbaycan Premyer Liqası və Birinci Divizion oyunlarına təyinat alan hakimlər üçün danışılmış oyunlarla bağlı Bakı Olimpiya Stadionunda seminar keçirilib.
Futbol
25 Noyabr , 2020 17:05
Hakimlər üçün danışılmış oyunlarla bağlı seminar keçirildi

Futbol üzrə Azərbaycan Premyer Liqası və Birinci Divizion oyunlarına təyinat alan hakimlər üçün danışılmış oyunlarla bağlı Bakı Olimpiya Stadionunda seminar keçirilib.

"Report"un məlumatına görə, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Hakim olaraq dürüstlük məsələləri və danışılmış oyunlar haqqında nələri bilməlisiniz?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.

İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında seminar iştirakçılarına məlumat verilib.

Hakimlərin sualları cavablandırılan zaman bildirilib ki, bu cür neqativ hallarla və ya şübhəli məqamlarla qarşılaşdıqda əlavə edilmiş linkə daxil olub göstərilmiş əlaqə nömrələrinə və ya elektron ünvana məlumat göndərə bilərlər: https://www.affa.az/index.php/news/danlm-oyunlar-v-oyun-nticlrinin-manipulyasiyas/59967

Son xəbərlər

Orphus sistemi