Hakimi vuran baş məşqçiyə sərt cəza verildi

Hakimi vuran baş məşqçiyə sərt cəza verildi Rusiya Futbol İttifaqının Nizam-İntizam Komitəsi "Alaniya" klubunun baş məşqçisi Spartak Qoqniyevə 8 oyunluq cəza verib.
Futbol
146
3 Mart , 2021 21:30
Hakimi vuran baş məşqçiyə sərt cəza verildi
Spartak Qoqniyev

Rusiya Futbol İttifaqının Nizam-İntizam Komitəsi "Alaniya" klubunun baş məşqçisi Spartak Qoqniyevə 8 oyunluq cəza verib.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna 40 yaşlı mütəxəssisin Milli Futbol Liqasının (FNL) "Tom"la oyununda (2:3) referi Artyom Çistyakovu vurması səbəb olub.

İnsident final fitindən sonra baş verib. Daha əvvəl baş hakimlə mübahisə etdiyinə görə texniki zonadan kənarlaşdırılan Qoqniyev meydana daxil olaraq, referinin qarın nahiyyəsinə zərbə endirib.

Baş məşqçi sonradan etdiyi hərəkətə görə üzr istəyib.

Son xəbərlər

Orphus sistemi