Hakan Şükür "Qalatasaray" klubunun üzvlüyündən çıxarılır

Hakan Şükür "Qalatasaray" klubunun üzvlüyündən çıxarılır Müraciətə komandanın intizam komitəsində baxılacaq
Futbol
27 İyul , 2016 12:37
Hakan Şükür Qalatasaray klubunun üzvlüyündən çıxarılır

Bakı. 27 iyul. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubunun keçmiş hücumçusu Hakan Şükür üzvlükdən çıxarılır. 

"Report" "Hurriyet"ə istinadən xəbər verir ki, Fətullahçı terror təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişi cəhdindən sonra klubun idarə heyətinin üzvlərindən biri bununla bağlı rəhbərliyə müraciət edib. 

Məlumata görə, "Qalatasaray" klubu idarə heyətinin məsələylə bağlı toplantısı keçirilib və H.Şükürün komanda üzvlüyündən çıxarılması ilə bağlı müraciət baxılması üçün intizam komitəsinə göndərilib.  

Qeyd edək ki, H.Şükür FETÖ-nun rəhbəri Fətullah Gülənə yaxınlığı ilə tanınır və bir müddət əvvəl ABŞ-a köçüb. 

Son xəbərlər

Orphus sistemi