Gürcüstanın "Dinamo" klubu satışa çıxarılır

Gürcüstanın "Dinamo" klubu satışa çıxarılır Gürcüstanlı iş adamı Roman Pipiya "Dinamo" (Tbilisi) klubunu satmağı planlaşdırır.
Futbol
21 İyul , 2022 14:54
Gürcüstanın Dinamo klubu satışa çıxarılır

Gürcüstanlı iş adamı Roman Pipiya "Dinamo" (Tbilisi) klubunu satmağı qərara alıb.

"Report"un "Formula Sport" nəşrinə istinadən məlumatına görə, yaxın vaxtlarda bu qərarla bağlı rəsmi açıqlama veriləcək.

Nəşr bildirib ki, azarkeşlərin bir neçə il "Pipiyasız "Dinamo" şüarı səsləndirməsi buna səbəb olub.

56 yaşlı funksioner komandaya bir neçə təcrübəli mütəxəssis və futbolçular cəlb etsə də, fanatların ölkənin ən titullu klubunu yenidən avrokubokların qrup mərhələsində görmək istəyi baş tutmayıb.

Ölkəsinə qayıtmazdan əvvəl uzun illər Rusiyada çalışmış iş adamı 2011-ci ilin yanvarında paytaxt təmsilçisini alıb və "Dinamo"ya bir neçə milyon ABŞ dolları sərmayə qoyub. Onun rəhbərliyi dövründə paytaxt təmsilçisinin ev oyunlarını keçirdiyi "Dinamo Arena" və məşq bazarı yenidən qurulub, Vitaly Daraseliya adına futbol akademiyası fəaliyyətə başlayıb.

Son xəbərlər

Orphus sistemi