Gürcüstan yığmasının baş məşqçisi "Zirə"nin hücumçusunu tərifləyib

Gürcüstan yığmasının baş məşqçisi "Zirə"nin hücumçusunu tərifləyib "Mən bütün bunlardan razı olmaqla yanaşı, özümə qarşı qəzəbliyəm. Çünki Volkov mənə sübut etdi ki, ona daha əvvəlki vaxtlarda şans verməli idim"
Futbol
242
15 Noyabr , 2021 16:29
Gürcüstan yığmasının baş məşqçisi Zirənin hücumçusunu tərifləyib

"Zirə" klubunun futbolçusu Davit Volkov ilk dəfə dəvət alaraq debüt etdiyi Gürcüstan milli komandasında baş məşqçi Villi Sanyolu yaxşı mənada təəccübləndirib.

"Report"un məlumatına görə, bu barədə fransalı mütəxəssis Özbəkistanla yoldaşlıq görüşü ərəfəsində mətbuat konfransında açıqlama verib. O, hücumçunun yığmaya asanlıqla uyğunlaşmasından məmnunluq ifadə edib: "Milli komandaya ilk dəfə 26 yaşında çağırılmasına rəğmən, asanlıqla adaptasiya keçən oyunçunu nadir hallarda görmüşəm. Mən təkcə onun oyunundan danışmıram, həm də komanda ilə necə yaşadığını da nəzərdə tuturam".

Sanyol hətta buna görə özünü də qınayıb: "Mən bütün bunlardan razı olmaqla yanaşı, özümə qarşı qəzəbliyəm. Çünki Volkov mənə sübut etdi ki, ona daha əvvəlki vaxtlarda şans verməli idim".

Qeyd edək ki, Davit Volkov Gürcüstan millisində debütünü İsveçə 2:1 hesabı ilə qalib gəldikləri 2022-ci il dünya çempionatının seçmə oyununda gerçəkləşdirib. O, meydana 70-ci dəqiqədə çıxıb. Hazırda Volkov 8 qolla Azərbaycan Premyer Liqasının bombardiridir.

Son xəbərlər

Orphus sistemi