Gürcüstan yığması Azərbaycan millisi ilə oyuna optimal heyətlə çıxa bilməyəcək

Gürcüstan yığması Azərbaycan millisi ilə oyuna optimal heyətlə çıxa bilməyəcək “Azərbaycanın gənclər komandasını öyrənirik"
Futbol
10 Yanvar , 2018 17:29
Gürcüstan yığması Azərbaycan millisi ilə oyuna optimal heyətlə çıxa bilməyəcək

Bakı. 10 yanvar. REPORT.AZ/ “Azərbaycanın gənclər komandasını öyrənirik, rəqibi təhlil edirik”.

“Report” xəbər verir ki, bunu Gürcüstanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Georgi Tsetsadze “Lelo”ya müsahibəsində Azərbaycanın U-21 yığması ilə Türkiyənin Antalya bölgəsində keçirəcəkləri yoxlama oyunu haqda danışarkən deyib.

44 yaşlı mütəxəssis bildirib ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektivlə oyuna optimal heyətlə çıxa bilməyəcəklər: “Türkiyədə oyun keçirməyimiz çox vacibdir. Bildiyiniz kimi, görüş UEFA-nın təqviminə uyğun deyil. Bu səbəbdən futbolçuları yığmaya buraxdıqları üçün yerli və xarici klublara təşəkkür edirəm. Hazırda opitmal heyətə malik deyilik. Lakin əlimizdən gələni edəcəyik ki, oyunun keyfiyyəti və gedişatı bizim üçün müsbət olsun. Milli komandanın maraqları bizim üçün hər şeydən üstündür”.

Qeyd edək ki, Azərbaycan yığması Gürcüstanla yanvarın 23-də qarşılaşacaq. Yanvarın 21-i və 26-da isə rəqib Albaniya millisi olacaq. Hər üç oyun yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 19:00) başlayacaq.

Son xəbərlər

Orphus sistemi