Gürcüstan millisinin iki futbolçusu koronavirusa yoluxdu

Gürcüstan millisinin iki futbolçusu koronavirusa yoluxdu Gürcüstan yığmasının iki futbolçusu koronavirusa yoluxub.
Futbol
11 Noyabr , 2020 18:45
Gürcüstan millisinin iki futbolçusu koronavirusa yoluxdu

Gürcüstan yığmasının iki futbolçusu koronavirusa yoluxub.

"Report"un yerli federasiyanın rəsmi saytına istinadən məlumatına görə, bunlar Türkiyə "Konyaspor"unun yarımmüdafiəçisi Levan Şengeliya ilə Rusiya "Rubin"inin hücumçusu Xviça Kvaratsxeliyadır. Hər iki oyunçudan noyabrın 10-da götürülmüş COVID-19 analizi müsbət nəticə verib. Onlar təcrid olunublar və yaxın günlərdə həkim nəzarəti altında olacaqlar.

Qeyd edək ki, Gürcüstan yığması noyabrın 12-də Şimali Makedoniya ilə AVRO-2020-nin pley-off, noyabrın 15-də Ermənistan və noyabrın 18-də Estoniya ilə UEFA Millətlər Liqasının seçmə oyunlarında üz-üzə gələcək. Xviça Kvaratsxeliya Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.

Son xəbərlər

Orphus sistemi