Gürcüstan futbol yığmasının baş məşqçisi istefa verir

Gürcüstan futbol yığmasının baş məşqçisi istefa verir Temuri Ketsbaya: "Təki Gürcüstan futbolu üçün nə isə etsinlər"
Futbol
12 Noyabr , 2014 13:04
Gürcüstan futbol yığmasının baş məşqçisi istefa verir
Bakı. 12 noyabr. REPORT.AZ/ Futbol üzrə Gürcüstan milli komandasının baş məşqçisi Temuri Ketsbaya postundan istefa verəcək. "Report"un məlumatına görə, bu barədə 46 yaşlı mütəxəssisin özü ölkənin "Birinci kanal"ına açıqlama verib.

O bildirib ki, noyabrın 14-də Polşa yığması ilə AVRO-2016-nın seçmə qrup matçında qeydə alınacaq nəticədən asılı olmayaraq, bu addımı atacaq: "Məğlub olsaq, postumu tərk edəcəyəm, heç-heçə təqdirində də gedəcəyəm, qalib olsaq, böyük məmnunluqla vəzifəmlə vidalaşacağam. Təki Gürcüstan futbolu üçün nə isə etsinlər".

Qeyd edək ki, iki gün öncə Temuri Ketsbaya keçirdiyi mətbuat konfransında Polşaya uduzacaqları təqdirdə istefa verəcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi