Gürcüstan Futbol Federasiyasının rəsmiləri Bakıda Kaxaber Tsxadadze ilə danışıqlar aparıb

Gürcüstan Futbol Federasiyasının rəsmiləri Bakıda Kaxaber Tsxadadze ilə danışıqlar aparıb Gürcüstan Futbol Federasiyasının (GFF) prezidenti Zviad Siçinava və baş katib Revaz Arveladze Azərbaycanın
Futbol
151
11 Dekabr , 2014 12:28
Gürcüstan Futbol Federasiyasının rəsmiləri Bakıda Kaxaber Tsxadadze ilə danışıqlar aparıb
Bakı. 11 dekabr. REPORT.AZ/ Gürcüstan Futbol Federasiyasının (GFF) prezidenti Zviad Siçinava və baş katib Revaz Arveladze Azərbaycanın "İnter" klubunun baş məşqçisi Kaxaber Tsxadadze ilə görüşüblər. "Report"un qonşu ölkə mətbuatına istinadən məlumatına görə, görüş Bakıda baş tutub. 

Tsxadadzeyə Gürcüstan milli komandasının baş məşqçi postu təklif olunub. Hələlik 46 yaşlı mütəxəssisin yığmaya təyinatının gerçəkləşib-gerçəkləşməyəcəyi bilinmir. GFF-nin bir neçə variantı nəzərdən keçirdiyi bildirilir. Namizədlər siyahısındakıların çoxu əcnəbidir. Siçinava və Arveladzenin bu gün Hollandiyanın paytaxtı Amsterdama yollanaraq, yerli mütəxəssislərdən biri ilə danışıqlar aparacaqları deyilir.  

Qeyd edək ki, bu yaxınlarda Kaxaber Tsxadadze Gürcüstan millisinə rəhbərlik etməyi düşünmədiyini və "İnter" komandası ilə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmağı hədəflədiyini bildirib. 

Son xəbərlər

Orphus sistemi