Gürcüstan - Azərbaycan matçının vaxtı açıqlandı

Gürcüstan - Azərbaycan matçının vaxtı açıqlandı 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin Gürcüstanla keçirəcəyi oyunun başlanma vaxtı müəyyənləşib.
Futbol
15 Sentyabr , 2020 11:49
Gürcüstan - Azərbaycan matçının vaxtı açıqlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin səfərdə Gürcüstana qarşı keçirəcəyi Avropa çempionatının seçmə oyununun vaxtı müəyyənləşib.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 13-də Qori şəhərindəki Tengiz Burjanadze adına stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi 2-ci qrupda 7 oyundan sonra 6 xalla 4-cü pillədə qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi