"Qarabağ"ın legioneri Qızıl Kubokda ən yaxşı qollardan birinin müəllifi olub - VİDEO

"Qarabağ"ın legioneri Qızıl Kubokda ən yaxşı qollardan birinin müəllifi olub - VİDEO ABŞ-da keçirilmiş Qızıl Kubokun ən yaxşı qolları açıqlanıb.
Futbol
142
11 İyul , 2019 10:18
Qarabağın legioneri Qızıl Kubokda ən yaxşı qollardan birinin müəllifi olub - VİDEO

ABŞ-da keçirilmiş Qızıl Kubokun ən yaxşı qolları açıqlanıb.

"Report"un məlumatına görə, "Stars and Stripes" nəşrinin müəyyənləşdirdiyi siyahıya Haiti yığmasında çıxış edən "Qarabağ"ın futbolçusu Donald Gerryenin qolu da düşüb. 29 yaşlı cinah oyunçusu Kanada ilə 1/4 final matçında fərqlənib. Bu, həm də Haiti millisinin qələbə topu olub - 3:2. Nəticədə Gerryenin komandası yarımfinala yüksəlib və Qızıl Kuboku bürünc medalla başa vurub.

Qeyd edək ki, "Qarabağ" ötən gün Albaniyada "Partizani" ilə keçirdiyi Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununu qolsuz heç-heçə ilə başa vurub. Donald Gerrye bu matçda meydana çıxmayıb. Azərbaycan təmsilçisi ilə müqaviləsi başa çatan futbolçu hələ də komandanın düşərgəsinə qoşulmayıb.

Son xəbərlər

Orphus sistemi