“Qarabağ”ın futbolçusu Haitidə ilin ən uğurlu şəxsləri siyahısına düşüb

“Qarabağ”ın futbolçusu Haitidə ilin ən uğurlu şəxsləri siyahısına düşüb Bakı. 27 dekabr. REPORT.AZ/ “Qarabağ”ın futbolçusu Donald Gerrye daha bir mükafata layiq görülüb.
Futbol
27 Dekabr , 2018 13:28
“Qarabağ”ın futbolçusu Haitidə ilin ən uğurlu şəxsləri siyahısına düşüb

Bakı. 27 dekabr. REPORT.AZ/ “Qarabağ”ın futbolçusu Donald Gerrye daha bir mükafata layiq görülüb.

“Report”un məlumatına görə, 29 yaşlı sol cinah müdafiəçisi “Loop Haiti” portalının apardığı araşdırma nəticəsində 2018-ci ilin ən uğurlu haitlilərindən təşkil olunmuş “Top-10”a düşüb. O, Amerika, Avropa, Afrika və Karib hövzəsində yaşayan 2 milyondan çox soydaşı arasında fərqləndirilib.

Siyahıda ölkəni idman, incəsənət, mədəniyyət, kino, musiqi və digər sahələrdə beynəlxalq səviyyədə təmsil edən şəxslər yer alıb. Gerryenin “Top-10”a düşməsinə bu cür şərh verilib: “Artıq ikinci mövsümdür Azərbaycanda çıxış edən haitili futbolçu bu il Premyer Liqanın ən yaxşı əcnəbi oyunçusu seçilib. Mövsümün əvvəlində İtaliyadan təklif aldığı deyilsə də, “Qarabağ”da qaldı və ölkə çempionu oldu. Gerryenin də yaxşı oyunu sayəsində komandası Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. O, həmçinin daha öncə Polşanın “Visla” klubunda çıxış edib və 450 min avro qarşılığında Türkiyənin “Alanyaspor” klubuna keçib”.

Qeyd edək ki, Donald Gerrye İdman Araşdırmalar Mərkəzinin “İlin qalibləri-2018” layihəsi üzrə ən yaxşı əcnəbi futbolçu seçilib.

Son xəbərlər

Orphus sistemi