Gənclər və idman naziri və “Zirə”nin fəxri prezidenti mini-futbol üzrə milli komandanın üzvləri ilə görüşüb
Futbol
- 10 iyun, 2022
- 14:27
Məlum olduğu kimi, Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında çıxış edən mini-futbol üzrə milli komandamız dünən ¼ final mərhələsində ev sahibi Slovakiya yığmasına qalib gələrək yarımfinala vəsiqə qazanıb.
“Report”un məlumatına görə, iyunun 10-da gənclər və idman naziri Fərid Qayıbov və “Zirə” Futbol Klubunun fəxri prezidenti Orxan Məmmədov yarımfinal öncəsi onlayn formatda mini-futbol üzrə milli komandanın üzvləri ilə görüşərək qalibiyyət münasibətilə komandanı təbrik edib, yarımfinalda uğurlar arzu ediblər.
Mini-futbol üzrə milli komandanın baş məşqçisi Elşad Quliyev diqqətə görə komanda adından təşəkkür edib.
Xatırladaq ki, yarımfinal matçı bu gün Bakı vaxtı ilə saat 20:30-da Koşitsenin “Steel” arenasında baş tutacaq.
Son xəbərlər
02:30
Danimarka Ukraynaya 220 milyon dollarlıq yeni hərbi yardım paketi ayıracaq
Digər ölkələr02:30
Video
"Haber Global" Türkiyə təyyarəsinin qəzası ilə bağlı bir neçə versiya irəli sürüb
Region02:01
Yüzlərlə insanın ölümünə səbəb olan hərbi təyyarə: "C-130"un qəzalarının statistikası
Digər ölkələr01:33
İslamiada: Azərbaycan 29 medalla yeddinci pillədə qərarlaşıb
Komanda01:04
Foto
Video
Türkiyə təyyarəsinin qəzaya düşdüyü yer əhatəyə alınıb, axtarış-xilasetmə işləri davam etdirilir
Region00:55
Türkiyə təyyarəsinin qəzasının ilkin səbəbləri konspiroloji versiyalar üzərindən xətt çəkir
Daxili siyasət00:44
TDT Baş katibi təyyarə qəzası ilə bağlı Türkiyəyə başsağlığı verib
Region00:09
ABŞ yeni "B-2" strateji bombardmançıları sifariş edib
Digər ölkələr00:00