Gəncə şəhər stadionunun əsas meydanının yenilənmə prosesi başa çatıb

Gəncə şəhər stadionunun əsas meydanının yenilənmə prosesi başa çatıb Yenilənmə AFFA-nın maliyyə dəstəyi ilə həyata keçirilib
Futbol
13 Oktyabr , 2017 16:04
Gəncə şəhər stadionunun əsas meydanının yenilənmə prosesi başa çatıb

Bakı. 13 oktyabr. REPORT.AZ/ “Kəpəz” futbol komandasının ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunun əsas meydanının yenilənmə prosesi başa çatıb.

“Report” əyalət klubunun rəsmi saytına istinadən xəbər verir ki, mayın əvvəllərindən təmirə bağlanılan arenada ot örtüyü dəyişdirilərək yenisi ilə əvəzlənib.

SİS şirkətinin saldığı qazon 5 ay ərzində müasir standartlara cavab verən vəziyyətə gətirilib. Ötən həftə xarici mütəxəssislər stadionda olaraq xüsusi texniki cihazlar vasitəsilə ot örtüyünün keyfiyyətini yoxlamadan keçiriblər. Təftişin nəticələri uğurlu olub. Tamamlama işlərindən sonra isə meydan təhvil verilib.

Qeyd edək ki, Gəncə şəhər stadionunun əsas meydanının yenilənməsi AFFA-nın maliyyə dəstəyi ilə həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi