Futzal üzrə Yüksək Liqanın püşkatma mərasimi keçirilib

Futzal üzrə Yüksək Liqanın püşkatma mərasimi keçirilib Yüksək Liqa 7 komandanın iştirakı ilə keçiriləcək və 4 dövrədən ibarət olacaq
Futbol
27 Sentyabr , 2017 18:00
Futzal üzrə Yüksək Liqanın püşkatma mərasimi keçirilib

Bakı. 27 sentyabr. REPORT.AZ/ AFFA-nın Futbol akademiyasının iclas zalında futzal üzrə ölkə çempionatının 2017/2018-ci il mövsümünün püşkatma mərasimi keçirilib. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, əvvəlcə UEFA tərəfindən futzal məşqçiləri üçün hazırlanmış metodik vəsait iştirakçı klubların baş məşqçilərinə və nümayəndələrinə təqdim edilib. 

Daha sonra qarşıdakı mövsümdə tətbiq olunacaq yeniliklər barədə məlumat verilib.

Püşkün nəticəsinə əsasən, Yüksək Liqanın birinci turunun təqvimi aşağıdakı kimi olacaq:

30 sentyabr

Saat 15:00 “Neftçi” İK – “Yasamal”

Saat 16:30 EKOL – “Araz”

Saat 18:00 FK.İD.Futsal – “Marafon Futsal”

Qeyd edək ki, 7 komandanın iştirakı ilə keçiriləcək Yüksək Liqa 4 dövrədən ibarət olacaq. “Xəmsə” komandası birinci turda istirahət edəcək. İlk turun oyunları ABU Arenada keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi