Futzal üzrə dünya çempionatında yarımfinalçılar müəyyənləşib

Futzal üzrə dünya çempionatında yarımfinalçılar müəyyənləşib Litvada keçirilən futzal üzrə dünya çempionatında yarımfinalçılar müəyyənləşib.
Futbol
165
28 Sentyabr , 2021 09:53
Futzal üzrə dünya çempionatında yarımfinalçılar müəyyənləşib

Litvada keçirilən futzal üzrə dünya çempionatında yarımfinalçılar müəyyənləşib.

"Report"un məlumatına görə, finala vəsiqə uğrunda görüşlərdə Braziliya Argentina ilə, Portuqaliya isə Qazaxıstanla üz-üzə gələcək. Oyunlar 29-30 sentyabrda Kaunas şəhərində təşkil olunacaq.

Qeyd edək ki, 1/4 finalda Braziliya Mərakeşi 1:0, Qazaxıstan İranı 3:2 hesabı ilə yenib. Portuqaliya əsas vaxtı 2:2 hesabı ilə yekunlaşan görüşdə İspaniyanı əlavə vaxtda məğlubiyyətə uğradıb - 4:2. Argentina isə Rusiya Futbol İttifaqının komandası ilə görüşün əsas vaxtında 1:1 hesablı heç-heçə etsə də, penaltilər seriyasında dəqiq olub - 5:4.

Son xəbərlər

Orphus sistemi