Futzal üzrə Azərbaycan yığması Belçikaya uduzub

Futzal üzrə Azərbaycan yığması Belçikaya uduzub Futzal üzrə Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.
Futbol
17 Yanvar , 2022 18:45
Futzal üzrə Azərbaycan yığması Belçikaya uduzub

Futzal üzrə Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.

"Report"un məlumatına görə, Joze Alesio da Silvanın baş məşqçi olduğu kollektiv Belçika yığmasının qonağı olub.

Borqlon şəhərində oynanılan qarşılaşma meydan sahiblərinin 5:3 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan milli komandasının heyətində qolları 17-ci dəqiqədə Vassura, 31-ci dəqiqədə Everton Kardoso və 37-ci dəqiqədə Tyaqo Bolinya vurublar.

Yüngül zədəsi olan İsa Atayev oyunda iştirak etməyib.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının D qrupunda Bosniya və Herseqovina, Gürcüstan və İspaniya ilə üz-üz gələcək. 19 yanvar - 6 fevralda gerçəkləşəcək yarış ilk dəfə 16 komandanın iştirakı ilə olacaq.

Son xəbərlər

Orphus sistemi