Futzal üzrə Avropa çempionatının finalçıları müəyyənləşib

Futbol
  • 04 fevral, 2022
  • 20:51
Futzal üzrə Avropa çempionatının finalçıları müəyyənləşib

Niderlandda keçirilən futzal üzrə Avropa çempionatında finalçılar müəyyənləşib.

"Report"un məlumatına görə, həlledici qarşılaşmada Rusiya və Portuqaliya milli komandaları üz-üzə gələcək.

Yarımfinalda Rusiya Ukraynanı, Portuqaliya isə İspaniyanı eyni hesabla yenib - 3:2.

Final matçı fevralın 6-da Bakı vaxtı ilə saat 20:30-da başlanacaq. Ukrayna və İspaniya arasında 3-cü yer uğrunda görüş isə həmin gün saat 17:30-da start götürəcək.

44 - Tezliklə