Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
"Report"un məlumatına görə, 3-cü qrupda mübarizə aparan Joze Alesionun başçılıq etdiyi kollektiv evdə Moldova yığması ilə qarşılaşacaq. Bakı İdman Sarayındakı görüş saat 19:00-da start götürəcək.
Matçı İtaliyadan olan Culio Kolombin idarə edəcək. Ona San Marinodan Daniele Dadamo köməklik göstərəcək.
Avropa çempionatının seçmə mərhələsi
III tur
19:00. Azərbaycan - Moldova
Hakimlər: Culio Kolombin, Daniele Dadamo
Bakı İdman Sarayı.
Qeyd edək ki, qrupdakı ilk iki oyunda maksimum nəticə qazanan Azərbaycan millisi 6 xalla liderdir. Moldova isə 4 xalla 2-cidir. Qrupun digər görüşündə Slovakiya Yunanıstanı qəbul edəcək.