Futbolçunun həyat yoldaşı Türkiyəyə getmək istəmir

Futbolçunun həyat yoldaşı Türkiyəyə getmək istəmir "Trabzonspor" İvelin Popova təklif göndərib
Futbol
6 Yanvar , 2017 20:16
Futbolçunun həyat yoldaşı Türkiyəyə getmək istəmir

Bakı. 6 yanvar. REPORT.AZ/ Rusiyanın "Spartak" klubunun bolqarıstanlı futbolçusu İvelin Popovun Türkiyənin "Trabzonspor" klubuna keçidinə həyat yoldaşı mane olub.

"Report"un məlumatına görə, futbolçunun xanımı Yelena Parişeva onun Türkiyədə çıxış etməsini istəmir.

Bolqarıstan mətbuatı hazırda tərəflər arasında danışıqların getdiyini yazır. "Trabzonspor" İ.Popov üçün "Spartak"a 3 milyon avro təklif edib. Futbolçuya isə illik 1.6 milyon avro təklif olunmasına baxmayaraq, İ.Popov bunu qəbul etməyib.

Xatırladaq ki, Yelena Parişeva pop ifaçısıdır.

Son xəbərlər

Orphus sistemi