Futbolçunu elektrik cərəyanı vurdu, reanimasiyaya yerləşdirildi

Futbolçunu elektrik cərəyanı vurdu, reanimasiyaya yerləşdirildi İtaliya "Verona"sının gənclər komandasının futbolçusu Andrea Qrezele xəstəxanaya yerləşdirilib
Futbol
8 Fevral , 2021 20:03
Futbolçunu elektrik cərəyanı vurdu, reanimasiyaya yerləşdirildi

İtaliya "Verona"sının gənclər komandasının futbolçusu Andrea Qrezele xəstəxanaya yerləşdirilib.

"Report" "L Arena"ya istinadən xəbər verir ki, buna 19 yaşlı müdafiəçini elektrik cərəyanı vurması səbəb olub.

Hadisə dəmir yolunun yaxınlığında baş verib. Hasarın üstündən keçmək istəyən oyunçu bilmədən yüksək gərginlikli naqillərə toxunub. Nəticədə o, 4 metr hündürlükdən yerə yıxılıb.

Hazırda reanimasiyada olan Qrezeleyə onurğa sınığı, kəllədaxili hemotoma və əllərin yanığı diaqnozu qoyulub.

"Verona" klubu tvitterdə futbolçuya dəstək mesajı yayımlayıb.

Son xəbərlər

Orphus sistemi