​Futbolçu Sol Kempbell Londonun meri ola bilər

​Futbolçu Sol Kempbell Londonun meri ola bilər "Arsenal"ın sabiq oyunçusunun namizədliyi mühafizəkarlar tərəfindən irəli sürüləcək
Futbol
28 Fevral , 2015 05:48
​Futbolçu Sol Kempbell Londonun meri ola bilər

Bakı. 28 fevral. REPORT.AZ/ İngiltərə yığmasının sabiq müdafiəçisi Sol Kempbell bir ildən sonra London şəhər meriyasına keçiriləcək seçkilərdə iştirak edə bilər.

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, "Arsenal"ın 40 yaşlı sabiq futbolçusunun namizədliyi Mühafizəkarlar Partiyası tərəfindən irəli sürüləcək.

Bu barədə müvafiq məsləhətləşmələr artıq aparılıb. Futbolçu öz namizədliyinin irəli sürülməsi barədə hələ yekun qərar qəbul etmədiyini bildirib.

Bununla yanaşı o, mer seçiləcəyi təqdirdə işləyəcəyi əsas istiqamətlər barədə danışıb.

Kempbell London ətrafında həyat səviyyəsini yaxşılaşdırmağı, həmçinin etnik azlıqları təmsil edən parlamentarilərin sayını artırmağı nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi