Asiya Futbol Konfederasiyası müsahibədə iştirak etmədiyi üçün futbolçunu cərimələyib

Asiya Futbol Konfederasiyası müsahibədə iştirak etmədiyi üçün futbolçunu cərimələyib Bakı. 1 fevral. REPORT.AZ/ Asiya Futbol Konfederasiyasının (AFC) İntizam və Etika Komitəsi Özbəkistan yığmasının futbolçusu Odil Axmedovu 10 min dollar məbləğində cərimələyib.
Futbol
1 Fevral , 2019 18:32
Asiya Futbol Konfederasiyası müsahibədə iştirak etmədiyi üçün futbolçunu cərimələyib

Bakı. 1 fevral. REPORT.AZ/ Asiya Futbol Konfederasiyasının (AFC) İntizam və Etika Komitəsi Özbəkistan yığmasının futbolçusu Odil Axmedovu 10 min dollar məbləğində cərimələyib.

"Report" qurumun saytına istinadən xəbər verir ki, buna səbəb 32 yaşlı yarımmüdafiəçinin Asiya Kubokunun 1/8 final mərhələsində Avstraliya ilə matçdan sonra onun üçün məcbur olan müsahibədə iştirak etməməsidir. Yığmanın kapitanı qərar verildiyi andan 30 gün ərzində cəriməni ödəməlidir.

Bildirilir ki, bu hal təkrarlanacağı təqdirdə, Axmedov üçün daha ciddi cəza tətbiq oluna bilər.

Qeyd edək ki, Avstraliya-Özbəkistan matçının əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Penalti zərbələrini dəqiq yerinə yetirən Avstraliya növbəti mərhələyə vəsiqə qazanıb. 

Son xəbərlər

Orphus sistemi