Serbiyalı futbolçu komendant saatında küçəyə çıxdığı üçün həbs olundu

Serbiyalı futbolçu komendant saatında küçəyə çıxdığı üçün həbs olundu Səudiyyə Ərəbistanının “Əl İttihad” klubunda çıxış edən futbolçu Aleksandar Priyoviç həbs olunub.
Futbol
4 Aprel , 2020 17:03
Serbiyalı futbolçu komendant saatında küçəyə çıxdığı üçün həbs olundu

Səudiyyə Ərəbistanının “Əl İttihad” klubunda çıxış edən futbolçu Aleksandar Priyoviç həbs olunub.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, buna 30 yaşlı hücumçunun ölkəsi Serbiyadakı komendant saatı qaydalarını pozması səbəb olub.

Forvard yerli vaxtla 17:00-da Belqraddakı otellərdən birindəki restoranda beş nəfərlə içki qəbul edib. Qaydanı pozan bütün şəxslər saxlanılaraq prokurorluğa çağırılıb.

Qeyd edək ki, Serbiya hökuməti koronavirusun yayılmasının qarşısını almaq üçün müxtəlif saatlarda küçəyə çıxmağı qadağan edib. 

Son xəbərlər

Orphus sistemi