Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura start veriləcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura start veriləcək "Kəpəz" doğma azarkeşlər önündə "Sumqayıt"la üz-üzə gələcək
Futbol
4 May , 2018 06:37
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura start veriləcək

Bakı. 4 may. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura start veriləcək.

"Report"un məlumatına görə, turun ilk matçında aşağı liqaya düşməsi dəqiqləşən "Kəpəz" doğma azarkeşlər önündə "Sumqayıt"la üz-üzə gələcək.

Bu qarşılaşma komandalar arasında yubiley oyunu olacaq. Ölkənin ikinci və üçüncü şəhərlərinin klubları indiyədək 19 dəfə qarşılaşıblar. Gəncəlilər 5 oyunda qələbə qazanıbsa, "gənclik şəhəri" təmsilçisi 8 matçda rəqibindən üstün olub. Altı görüşdə isə qalib müəyyənləşməyib. Top fərqində də "Sumqayıt" klubu öndədir - 27-21. "Sumqayıt" ardıcıl 3 oyundur rəqibini məğlub edir. "Kəpəz" isə bu komandaya qarşı son 7 görüşdə 1 qələbə qazana bilib.

Turun daha iki qarşılaşması mayın 5-də keçiriləcək. "Qəbələ" "Keşlə"ni, "Səbail" "Zirə"ni qəbul edəcək. Son matçda isə "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq.

Premyer Liqa, XXVI tur

4 may (cümə)

16:00. "Kəpəz” – "Sumqayıt”

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Vüsal Qənbərov, Vüqar Həsənli

AFFA nümayəndəsi: Rauf Hüseynli

Hakim-isnpektor: Füzuli Nəcəfov

Gəncə şəhər stadionu

Son xəbərlər

Orphus sistemi