Futbol üzrə Azərbaycan millisi ilə qarşılaşacaq Latviya yığmasının yeni baş məşqçisi müəyyənləşib

Futbol üzrə Azərbaycan millisi ilə qarşılaşacaq Latviya yığmasının yeni baş məşqçisi müəyyənləşib Bakı. 10 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandası ilə yoldaşlıq görüşü keçirəcək Latviya yığmasının yeni baş məşqçisi müəyyənləşib.
Futbol
10 May , 2018 23:03
Futbol üzrə Azərbaycan millisi ilə qarşılaşacaq Latviya yığmasının yeni baş məşqçisi müəyyənləşib

Bakı. 10 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandası ilə yoldaşlıq görüşü keçirəcək Latviya yığmasının yeni baş məşqçisi müəyyənləşib.

"Report"un Latviya Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, finlandiyalı Miksu Paatalaynendir.

51 yaşlı mütəxəssislə UEFA Millətlər Liqasının qrup mərhələsinin sonunadək ilkin müqavilə imzalanıb. Latviya yığması öz qrupunda birinci yeri tutsa, Paatalaynenlə sövdələşmə 2020-ci il Avropa çempionatının seçmə qrup mərhələsinin sonunadək uzadılacaq. Bütün hüquqi məsələlər razılaşdırıldıqdan sonra gələn həftənin ortalarında yeni baş məşqçinin mətbuat konfransı keçiriləcək. O, yeni vəzifədə aprelin 3-də istefaya göndərilmiş Aleksandr Starkovu əvəzləyəcək.

Qeyd edək ki, Miksu Paatalaynen 2011-2015-ci illərdə Finlandiya yığmasının baş məşqçisi olub. O, Şotlandiyanın "Haybernian", "Kilmarnok" və "Dandi Yunayted" klublarına da rəhbərlik edib.

Latviya yığması yeni baş məşqçinin rəhbərliyi altında ilk görüşlərini iyunda keçirəcək. Əvvəlcə Baltika Kubokunda çıxış edəcək komanda iyunun 9-da Riqadakı "Dauqava" stadionunda Azərbaycan millisini qəbul edəcək. 

Son xəbərlər

Orphus sistemi