Futbol üzrə Azərbaycan milli komandasının kapitanı zədələnib

Futbol
  • 01 aprel, 2018
  • 15:52
Futbol üzrə Azərbaycan milli komandasının kapitanı zədələnib

Bakı. 1 aprel. REPORT.AZ/ Topaz Premyer Liqasının XXI turunda keçirilən "Qarabağ" - "Keşlə" matçında qonaqların qapıçısı Kamran Ağayev zədələnib.

"Report"un məlumatına görə, Azərbaycan milli komandasının kapitanı görüşün 40-cı dəqiqəsində əvəzlənib.

Onun yerinə meydana Orxan Sadıqlı daxil olub.

Qarşılaşmada birinci hissədən sonra hesab 1:1-dir.