Futbol üzrə Azərbaycan Kuboku: "Zirə" "Neftçi"ni məğlub edib - VİDEO

Futbol üzrə Azərbaycan Kuboku: "Zirə" "Neftçi"ni məğlub edib - VİDEO Bakı. 10 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.
Futbol
1237
10 Dekabr , 2017 18:13
Futbol üzrə Azərbaycan Kuboku: Zirə Neftçini məğlub edib - VİDEO

Bakı. 10 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, "Zirə" "Neftçi"ni qəbul edib.

Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 86-cı dəqiqədə uzaq məsafədən David Manqa vurub. Cavab görüşü dekabrın 14-də "Bakcell Arena"da keçiriləcək.

Qeyd edək ki, günün ilk matçında "Keşlə" "Kəpəz"i 2:0 hesabı ilə yenib. 1/4 final mərhələsinin daha 2 oyunu dekabrın 11-də olacaq. "Qəbələ" "Səbail"i, "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək.

Azərbaycan Kuboku, 1/4 final

İlk oyun

10 dekabr (bazar)

16:00. "Zirə” – "Neftçi” 1:0

Qol: David Manqa, 86

Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Nahid Əliyev, Orxan Məmmədov

AFFA nümayəndəsi: Abas Hüseynov

Hakim-inspektor: Şahin Cəfərov

Zirə İdman Kompleksinin stadionu.

Son xəbərlər

Orphus sistemi