İtalyan ata və oğlu Avropanın futbol çempionatında qol vurub

İtalyan ata və oğlu Avropanın futbol çempionatında qol vurub Xəbər verdiyimiz kimi, AVRO-2020-nin 1/8 final matçında İtaliya yığması Avstriya milli komandasına qalib gəlib.
Futbol
27 İyun , 2021 08:20
İtalyan ata və oğlu Avropanın futbol çempionatında qol vurub
Enrike Kyezo və Federiko Kyezo

Xəbər verdiyimiz kimi, AVRO-2020-nin 1/8 final matçında İtaliya yığması Avstriya milli komandasına qalib gəlib.

“Report” xəbər verir ki, 2:1 hesabı ilə başa çatan görüş daha bir maraqlı göstərici qeydə alınıb. Belə ki, qollardan birini Federiko Kyeza vurub. Onun atası Enrike də həmçinin 1996-cı ildə keçirilən Avro çempionatında qol vurub.

Enrike və Federiko Kyezo Avropa çempionatının matçlarında fərqlənməyi bacaran ilk oğul və ata olublar. Qeyd edək ki, AVRO-2020-nin 1/4 finalında İtaliya yığması Belçika-Portuqaliya matçının qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, Avstriya və İtaliya yığmaları dünənki matçda Avropanın futbol rekordunu təkrarlayıb. Matçda bütün qollar əsas vaxta əlavə olunmuş hissədə vurulub.

Maraqlıdır ki, bu, Avropa çempionatı tarixində komandaların üç qolu əlavə vaxda vurduğu ikinci hadisədir. Buna bənzər ilk matç AVRO-84-ün Portuqaliya-Fransa matçında (2:3) olub.

Son xəbərlər

Orphus sistemi