Futbol üzrə Amerika Kubokunda daha bir yarımfinalçı müəyyənləşib

Futbol
  • 18 iyun, 2016
  • 05:33
Futbol üzrə Amerika Kubokunda daha bir yarımfinalçı müəyyənləşib

Bakı. 18 iyun. REPORT.AZ/ ABŞ-da keçirilən futbol üzrə Amerika Kubokunda daha bir yarımfinalçı müəyyənləşib. "Report"un məlumatına görə, bu, 1/4 finalda Perunu penaltilər seriyasında üstələyən Kolumbiya yığmasıdır.

Əsas vaxtı qolsuz tamamlanan qarşılaşmadan Kolumbiya penaltilərlə üstün ayrılıb - 4:2. Növbəti mərhələdə rəqib Meksika - Çili matçının qalibi olacaq.

Daha öncə ABŞ Ekvadoru 2:1 hesabı ilə yenərək, yarımfinala yüksəlib. Təşkilatçı ölkə yarımfinalda Argentina - Venesuela qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, son iki 1/4 final matçı iyunun 19-na keçən gecə keçiriləcək.