Futbol üzrə Almaniya yığması gənclər arasında Avropa çempionu olub

Futbol üzrə Almaniya yığması gənclər arasında Avropa çempionu olub Bundestim finalda İspaniyanı məğlub edib
Futbol
2043
1 İyul , 2017 00:58
Futbol üzrə Almaniya yığması gənclər arasında Avropa çempionu olub

Bakı. 1 iyul. REPORT.AZ/ 21 yaşadək futbolçular arasında Avropa çempionatının qalibi müəyyənləşib.

"Report"un məlumatına görə, Polşanın Krakov şəhərində təşkil olunmuş həlledici qarşılaşmada Almaniya və İspaniya yığmaları üz-üzə gəlib.

Görüş Bundestimin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 40-cı dəqiqədə Mitçell-Elii Vayzer vurub.

Bununla da Almaniya millisi tarixində ikinci dəfə Avropa çempionu olub. İlk dəfə bu titul 2009-cu ildə qazanılıb.

Son xəbərlər

Orphus sistemi