Futbol oyunlarında müddətin qısaldılması təklif edildi

Futbol oyunlarında müddətin qısaldılması təklif edildi "Futbolun onlar üçün çox uzun göründüyünü söyləyirlər"
Futbol
20 Aprel , 2021 09:41
Futbol oyunlarında müddətin qısaldılması təklif edildi
Florentino Peres

İspaniyanın "Real Madrid" klubunun və Avropa Super Liqasının prezidenti Florentino Peres futbol matçlarının müddətinə təsir göstərə biləcək qlobal islahat təklif edib.

"Report" AS nəşrinə istinadən xəbər verir ki, 74 yaşlı funksioner oyunların vaxtlarının qısaldılmasının gərəkliyini dilə gətirib.

Peresin sözlərinə görə, bununla bağlı nələrsə etmək lazımdır: "Gənc oğlanlar vaxtlarını "PlayStation" oynamağa sərf edirlər. Futbolun onlar üçün çox uzun göründüyünü söyləyirlər. Belə düşünürlərsə, matçları daha maraqlı etməyimiz lazımdır. Bəlkə də qarşılaşmaları qısaltmaq barədə düşünməyə dəyər".

Qeyd edək ki, İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko” (Madrid), “Real Madrid”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları Avropa Super Liqasında iştiraklarını təsdiqləyib.

"Real Madrid"in prezidenti Florentino Peres Superliqanın prezidenti, Andrea Anyelli və "Mançester Yunayted"dən Coel Qleyzer vitse-prezidenti seçilib. Yarışda iştirak edəcək hər bir kluba 350 milyon avro ödəniləcək. UEFA və FIFA bu turnirin əleyhinə çıxıb.

Son xəbərlər

Orphus sistemi