Fuad Musayev Yasamal qəbiristanlığında dəfn olunacaq

Fuad Musayev Yasamal qəbiristanlığında dəfn olunacaq Mərhumla vida mərasimi Təzə Pir məscidində keçiriləcək
Futbol
17 İyun , 2017 17:30
Fuad Musayev Yasamal qəbiristanlığında dəfn olunacaq

Bakı. 17 iyun. REPORT.AZ/ AFFA-nın ilk prezidenti Fuad Musayevin cənazəsi bu gecə Rusiyanın paytaxtı Moskvadan Bakıya gətiriləcək. Qurumun keçmiş baş katibi Çingiz İsmayılovun "Report"a verdiyi məlumata görə, F.Musayevlə vida mərasimi iyunun 18-də Təzə Pir məscidində keçiriləcək. 

Saat 14:00-da qılınacaq cənazə namazının ardından mərhum Yasamal qəbiristanlığında valideynlərinin yanında dəfn olunacaq. 

Qeyd edək ki, Fuad Musayev ötən gün böyrəyindəki problem üzündə 79 yaşında ikən dünyasını dəyişib. O, 1992 - 2003-cü illərdə AFFA-nın prezidenti olub.  

Son xəbərlər

Orphus sistemi