Fransanın iki futbol klubu qonaq azarkeşlərin gəlməsinə qadağa qoyub
Futbol
- 18 noyabr, 2015
- 07:27
Bakı. 18 noyabr. REPORT.AZ/ Fransanın iki futbol klubu Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək oyunlar üçün qonaq azarkeşlərin gəlməsinə qadağa qoyub. "Report" xəbər verir ki, "Monako" və "Marsel"in ev oyunlarında qonaq komandanı heç kim dəstəkləməyəcək.
Fransa hökumətinin təhlükəsizlik tədbirlərini artırdığı məqamda klubların bu təşəbbüsünü Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) da dəstəkləyib. Qeyd edək ki, noyabrın 26-da "Monako" Belçika klubu "Anderlext"i, "Marsel" isə Hollandiya "Qroningen"ini qəbul edəcək.
Daha öncə təhlükəsizlik məsələləri ilə əlaqədar Brüsseldə baş tutmalı olan Belçika - İspaniya, eləcə də Honnoverdə keçirilməli olan Almaniya - Hollandiya yoldaşlıq görüşləri təxirə salınmışdı.
Son xəbərlər
03:34
Tramp İranla bağlı Netanyahu ilə ikinci dəfə danışıb
Digər ölkələr03:00
Rusiya və Ukrayna arasında Zaporojye AES-lə bağlı atəşkəs elan edilib
Digər ölkələr02:32
Suriya ordusu Deyr-Hafir şəhərini terrorçulardan təmizləməyə başlayıb
Digər ölkələr02:10
Maçado Trampla görüşdən sonra azad və suveren Venesuela quracaqlarını bildirib
Digər ölkələr01:40
Venesuela müxalifətinin lideri ölkədə azad seçkilər perspektivini görür
Digər ölkələr01:05
Stoltenberq ABŞ-nin NATO-dan çıxma ehtimalını istisna etməyib
Digər ölkələr00:30
Video
Zelenski: Rusiya yeni hücumlara hazırlaşır
Digər ölkələr00:07
Foto
Heydər Əliyev Mərkəzində Kerol Förmenin sərgisinin açılışı olub
Mədəniyyət siyasəti23:50
Video