Fransanın idman naziri: "Heç bir istisna tətbiq olunmayacaq"

Fransanın idman naziri: "Heç bir istisna tətbiq olunmayacaq" Fransada idmanla bağlı qoyulan qadağalara heç bir istisna tətbiq olunmayacaq.
Futbol
28 Yanvar , 2022 16:34
Fransanın idman naziri: Heç bir istisna tətbiq olunmayacaq
Roksana Marasinyanu

Fransada idmana qoyulmuş qadağalarla bağlı heç bir istisna tətbiq olunmayacaq.

"Report"un məlumatına görə, bu barədə ölkənin idman naziri Roksana Marasinyanu açıqlama verib.

Fransa Açıq Çempionatında iştirak edəcək əcnəbi tennisçilərlə bağlı tələbləri xatırladan nazir futbolçuların bu qaydalardan yayınması üçün hər hansı səbəb olmadığını bildirib.

Fransa mətbuatı daha əvvəl dünyanın bir nömrəli tennisçisi Novak Cokoviçin peyvənd məsələsinə görə "Rolan Qarros" turnirində iştirakına qadağa qoyula biləcəyini yazıb.

Qeyd edək ki, "Qarabağ"ın Fransada "Marsel"ə qarşı keçirməli olduğu UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk qarşılaşması da analoji səbəbdən neytral ölkədə oynanıla bilər.

Son xəbərlər

Orphus sistemi