Fransa klubunda koronavirusa yeni yoluxmalar aşkarlandı

Fransa klubunda koronavirusa yeni yoluxmalar aşkarlandı "Strasburq" futbol klubunda koronavirusa 4 yeni yoluxma aşkar edilib.
Futbol
5 Avqust , 2020 04:48
Fransa klubunda koronavirusa yeni yoluxmalar aşkarlandı

"Strasburq" futbol klubunda koronavirusa 4 yeni yoluxma aşkar edilib.

“Report” xəbər verir ki, bu barədə klubun rəsmi saytı bildirib.

Qeyd edilir ki, iyulun 29-da komandanın 5 üzvünün COVID-19 testinin nəticəsinin müsbət olmasından sonra yeni analizlərin verilməsi barədə qərar qəbul edilib.

Beləliklə, hazırda karantində doqquz nəfər var. Bununla əlaqədar olaraq "Strasburq" "Reyms"lə avqustun 8-ə planlaşdırılan yoldaşlıq matçını təxirə salmağa qərar verib.

Xatırladaq ki, "Strasburq" 27 turdan sonra 38 xal yığaraq Fransa çempionatının vaxtından əvvəl başa çatmış mövsümünün yarış cədvəlində 11-ci yer tutur.

Son xəbərlər

Orphus sistemi